İstifadəsinə göstərişlər:
- Yuxarı tənəffüs yollarının infeksiyaları - faringit, laringit, tonzillit, sinusit;
- aşağı tənəffüs yollarının infeksiyaları - bronxit, pnevmoniya;
- kəskin orta otit;
- dəri və dərialtı toxumaların fəsadlaşmamış infeksiyaları - follikulit, furunkulyoz, qızılyelyel, impetiqo, yara infeksiyaları;
- Mycobacterium avium, Mycobacterium inlracellulare bakteriyalarının törətdikləri yayılmış və ya lokallaşmiş mikobakterial infeksiyaların müalicə və profilaktikası;
- mədə/və ya onikibarmaq bağırsağın xora xəstəliyi - onikibarmaq bağırsağın kəskin xora xəstəliyinin müalicəsi,
Əks göstərişlər:
- Klaritromisinə və/və ya preparatın tərkibində olan hər hansı digər komponentə qarşı yüksək həssaslıq;
- makrolid qrupu antibiotiklərinə qarşı yüksək həssaslıq;
-porfiriya;
-astemizol, sizaprid, pimozid, terfenadin preparatları ilə eyni zamanda təyin edilməsi
- Klaritromisinin erqotamin və ya dihidroerqotamin preparatları ilə eyni zamanda istifadə edilməsi;
- Qaraciyər və böyrəklərin funksional pozğunluğundan əziyyət çəkən pasiyentlərə kolxisinlə eyni zamanda təyin eilməsi;
- Rabdomioliz daxil olmaqla, miopatiyanın başvermə riskinin artması ilə əlaqədar, əsasən CYP3A4 izofermenti tərəfindən metabolizmə məruz qalan HMQ-KoA- reduktaza fermentinin inhibitorları ilə birlikdə qəbul edilməsi ;
- hipokaliemiya ;
- QT intervalının uzanmasım və ya anamnezdə mədəciklərin "piruet" tipli taxikardiyası daxil olmaqla, ürək aritmiyalarının mövcud olması;
- böyrək çatışmazlığı ilə eyni zamanda meydana çıxan qaraciyər çatışmazlığının ağır formaları;
- hamiləliyin l trimestri və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
Oradro suspenziyası qida qəbulundan asılı olmayaraq daxilə təyin edilir.
Uşaqların bədən kütləsi nəzərə alınaraq dozalanma üçün tövsiyələr aşağıda göstərilib 8-11 kq 2,5 ml
12-19 kq 5ml
20-29 kq 7,5 ml
30-40 kq 10 ml
sutkada iki dəfə təyin olunur.
Rəylər (0)