İstifadəsinə göstərişlər:
- mədə və onikibarmaq bağırsağın xora xəstəliyi
- mədə və 12-barmaq bağırsağın helicobacter pylori ilə assosiasiya olunmuş eroziv-xoralı zədələnmələri
- reflüks-ezofaqit
Əks göstərişlər:
- omeprazola və\və ya preparatın tərkibində olan hər hansı köməkçi komponentlərə qarşı yüksək həssaslıq
- 1 yaşa qədər uşaqlar
omeprazol və nelfinavir preparatlarını eyni zamanda istifadə etmək olmaz.
İstifadə qaydası və dozası:
Kapsulları səhər, yaxşı olar ki, yeməkdən əvvəl, bütöv, çeynəmədən və xırdalamadan, yarım stəkan su ilə qəbul etmək lazımdır.Udma qabiliyyətinin pozulması olan pasiyentlər və uşaqlar, kapsulu açıb, möhtəviyyatını bir qədər qazlı və ya zəif-turşulu maye ilə qarışdırılıb qəbul etmək və üstündən bir qədər su içmək lazımdır.Qarışdırmanı, preparatı qəbul etməzdən bilavasitə və ya ən çoxu 30 dəqiqə əvvəl, həyata keçirmək lazımdır.
Rəylər (0)