İSTİFADƏ QAYDASI VƏ TÖVSİYƏ OLUNAN SUTKALIQ DOZA:
4-12 yaş uşaqlar: böyüklərin nəzarəti altında gündə 3 dəfə 1 püskürtmə.
12 yaşandan böyük uşaqlar və böyüklər: hər 2-4 saatdan bir 3-5 püskürtmə. Ağız boşluğunda və ya udlaqda olan iltihab nahiyəsi üzərinə püskürtməli, mayeni udmaq olar.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- ağız boşluğunun və udlağın yoluxucu-iltihabi xəstəlikləri zamanı;
- ağız boşluğunda və udlaqda manipulyasiyalar, cərrahi əməliyyatlar, dişlərin müalicəsi əməliyyatları aparıldıqdan sonra;
- diş protezlərindən və ya ortodontik qurğudan istifadə zamanı.
ƏKS GÖSTƏRİŞLƏR:
- 4 yaşından kiçik uşaqlar;
- qaraciyərin və böyrəklərin ciddi funksional pozğunluqları;
- preparatın tərkib inqrediyentlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq;
- preparatın sorulamsının güclənməsi və sistem toksik təsir riskinin artması ilə əlaqədar olaraq, selikli qişaların geniş yayılmış iltihabı xəstəlikləri.
Rəylər (0)