İstifadəsinə göstərişlər:
Allergik konyunkvitlər.
Əks göstərişlər:
Olopatadinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Olapatin zədələnmiş gözün konyunktiva kisəsinə 1 damcıdan gündə 2 dəfə istifadə edilir. Ehtiyac olan halda, müalıcə 4 aya kimi aparıla bilər.
Hamiləlik və laktasiya dövründə:
Preparat hamiləlik zamanı və laktasiya dövründə o halda istifadə oluna bilər ki, gözlənilən müalicəvi effekt döl üçün potensial riskdən yüksək olsun.
Rəylər (0)