İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Göz və qulağın iltihabını törədən mikroorqanizmlərə qarşı geniş spektrli təsiri olan flüorxinolonlar daxildir. Preparat siprofloksasinə qarşı həssas mikroorqanizmlərə törədilmiş infeksiyaların müalicəsi üçün istifadə edilir.
ƏKS GÖSTƏRİŞLƏR:
Siprofloksasinə və ya okaftor-un hər hansı bir komponentinə və ya digər flüorxinolonlara qarşı allergiya, virus keratiti, 1 yaşa qədər uşaqlar, hamiləlik və laktasiya dövrü.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Okaftor müalicə həkiminin göstərişləri üzrə istifadə edilir. Göstərilən müddətdən çox Okaftor preparatını istifadə etdikdə müalicə həkiminizlə məsləhətləşin.
ƏLAVƏ TƏSİRLƏRİ:
Allergik reaksiyalar, ürəkbulanma, qaşınma, göz yaşının axması, ağızda xoşagəlməz dad, görmə qabiliyyətinin zəifləməsi.
DOZA HƏDDİNİN AŞILMASI:
Göz damcısı formasında istifadə etdikdə Okaftor-la doza həddinin aşılması üzrə məlumat yoxdur. Okaftoru daxilə istifadəsi zamanı doza həddinin aşılmasının spesefik simptomları yoxdur.
Rəylər (0)