İstifadəsinə göstərişlər:
Katarakta.
Əks göstərişlər:
Təsiredici maddəyə və ya preparatın tərkibində olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparat yerli istifadə üçün nəzərdə tutulmuşdur. Gündə 3 dəfə zədələnmiş gözün konyunktiva kisəsinə 1-2 damcı damcılatmaq lazımdır.
Doza həddinin aşılması:
Əhəmiyyət kəsb etməyən sorulma dərəcəsi və qanda sürətlə parçalanması sayəsində, Oftan Kataxrom preparatı göstərilən dozalarda oftalmoloji istifadə üçün təhlükəsiz preparatdır. Doza həddinin aşılması barədə heç bir məlumat yoxdur. Doza həddinin aşılması baş verdikdə, simptomatik müalicə aparmaq lazımdır.
Əlavə təsirləri:
Nadir hallarda müşahidə olunan əlavə təsirləri allergik konyunktivit, kontakt dermatit.
Çox nadir hallarda müşahidə olunan əlavə təsirləri ürəkbulanma, başgicəllənmə, arterial hipotoniya, təngnəfəslik, qanaxmaları, istilik hissi, bayğınlıqlar, gicgahlarda döyüntü hissi.
Məlum deyil mövcudluğu ilə əlaqəli gözlərin qısa müddətli qıcıqlanması.
Ehtimal edilən əlavə reaksiyalar barədə məlumatlar
Bu, dərman preparatının "fayda-risk" nisbətinin monitorinqinin davam etdirilməsinə imkan verir. Səhiyyə mütəxəssisləri, ehtimal edilən istənilən əlavə reaksiyalar barədə, əlavə reaksiyaların Milli hesabat sistemi vasitəsi ilə məlumat verməlidirlər.
Rəylər (0)