Göstərişlər:
- Açıqbucaqlı qlaukoma zamanı və yüksək gözdaxili təzyiqi azaltmaq məqsədilə.
- Uşaqlarda qlaukoma zamanı və yüksək gözdaxili təzyiqi azaltmaq məqsədilə.
Əks göstərişlər:OFTA-LATAN-a qarşı yüksək həssaslıq olduqda və 1 yaşadək uşaqlarda istifadə olunmur.
İstifadə qaydası və dozası:
Böyüklərdə və uşaqlara məhluldan hər xəstə gözə sutkada 1 dəfə 1 damcı damızdırılır. Optimal effektə nail olmaq üçün preparatı axşam istifadə etmək məsləhət görülür. Gündə 1 dəfədən artıq istifadə etdikdə preparatın effektivliyi azalır. Eyni zamanda digər damcısından istifadə etmək lazım gələrsə, preparatların istifadəsi arasında 5 dəqiqə interval saxlamaq lazımdır.
Flakon açıldıqdan sonra 28 gündən artıq istfadə olunması məsləhət görülmür.
Rəylər (0)