İstifadəsinə göstərişlər:
cinsi yolla ötürülən infeksiyalar, o cümlədən xlamidioz, mikoplamoz, süzənək, trixomoniaz, həmçinin miks-infeksiyalar;
böyrəklərin və/və ya sidikçıxarıcı yolların infeksiyalari;
aşağı tənəffüs yollarının infeksiyaları;
LOR-orqanların xroniki infeksiyaları;
dəri və yumşaq toxumaların infeksiyaları;
sümük və oynaqların infeksiyaları
Oflodaz yoğun bağırsaqda əməliyyatlar, kiçik çanaq orqanlarının cərrahiyyəsi və ginekoloji müdaxilələr zamanı infeksiyaların preoperativ profilaktikası üçün istifadə oluna bilər.
Əks göstərişlər:
Ofloksasinə, ornidazola, imidazol törəmələrinə, xinolonlara və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
mərkəzi sinir sisteminin xəstəlikləri
epilepsiya
qıcolmanın qıcıq qapısının aşağı düşməsi ilə mərkəzi sinir sisteminin zədələnməsi
hamiləlik, laktasiya dövrü
18 yaşa qədər uşaq və yeniyetmə yaş dövrü
İstifadə qaydası və dozası:
Ofladoz yeməkdən əvvəl və ya yeməkdən 2 saat sonra daxilə, çeynəmədən qəbul edilir.
Kəskin infeksiyalar zamanı müalicə kursu 5-7 gün, xroniki residivləşən infeksiyaların müalicəsi zamanı isə 7-10 gün 1 tablet gündə 2 dəfə dozalanma ilə təşkil edir.
Bədən kütləsi az olan pasiyentlərə adi dozanın yarısı təyin olunur.
Rəylər (0)