İstifadəsinə göstərişlər:
1. İlk dəfə istifadə edən zaman qoruyucu halqanın bütöv olduğunu yoxlayın.
2. Yuxarı dartmaqla qoruyucu qapağı çıxarın.
3. Flakonu göz üzərində başı aşağı çevirin və gözün ortasına istiqamətləndirin.
4. Baş və işarət barmaqları ilə ehtiyatla flakonun ucluğunda lazimi həcmdə damcı əmələ gələnə qədər sıxın. Hər gözə 1 və ya 2 damcı tökün.
5. Hər istifadədən sonra qoruyucu qapağı dəyişin və onun ucluğunda hər hansı qalıq damcı olmadığına əmin olun.
Əks göstərişlər:
Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.
Kontakt linzaların istifadəsi.
İstifadə qaydası və dozası:
Həkiminizin göstərişinə əsasən gündə 4 dəfə 1-2 damcı damızdırın. yuxarı baxaraq və aşağı göz qapağını astaca aşağıya doğru dartmaqla damcıları gözün konyunktival kisəsinə tökün.
Damızdırdıqdan sonra 1-2 dəqiqəlik gözü qapalı saxlayın.
Damcıtökənin ucluğunun gözlə və yaxud göz qapağı ilə təmasda olmasına yol verilməməlidir.
İstifadə etdikdən sonra yuyulması tələb olunmur.
Rəylər (0)