İstifadəsinə göstərişlər:
Monoterapiyanın effekti olmadıqda, açıqbucaqlı qlaukoma və ya psevdoeksfoliativ qlaukomanın, ikincili açıqbucaqlı qlaukoması olan xəstələrin müalicəsində yüksəlmiş gözdaxili təzyiqinin azaltması üçün istifadə edilir.
Əks göstərişləri:
Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq;
Reaktiv bronxospazm, obstruksiya ilə müşayiət olunan tənəffüs yollarının xəstəlikləri, bronsial astma və ya anamnezdə bronxial astma, ağciyərlərin ağır xronik obstruktiv xəstəliyi olan xəstələr;
Sinus bradikardiyası, sinus düyününün zəifliyi sindromu, sinoatrial blokada, ikinci və ya üçüncü dərəcəli atrioventrikulyar blokada, ağır ürək çatışmazlığı, kardiogen şok.
Ağır böyrək çatışmazlığı və ya hiperxloremik asidoz.
İstifadə qaydası və dozası:
Yerli istifadə üçün nəzərdə tutulmuş oftalmoloji vasitədir.
Okulus göz damcıları xəstə gözün konyunktiva kisəsinə 1 damcıdan gündə 2 dəfə istifadə edilir. Əgər bir neçə göz damcılarından istifadə edirsinizsə, bu zaman hər damcıdan istifadə arası fasilə 10 dəq.olmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
OKULUS hamiləlik və laktasiya dövründə istifadə olunmur.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply