İstifadə qaydası:
Öncə əlləri yaxşıca yumaq və qurulamaq lazımdır.
Əmin olmaq lazımdır ki, flakonun qoruyucu halqası zədələnməyib.
Flakonu açmaq üçün başlığı tam fırladaraq qapağın qoruyucu halqasını qırmaq lazımdır.
Həkimin məsləhətinə uyğun olaraq və ya gündə 3-6 dəfə hər gözə 1-2 damcı damcılatmaq lazımdır.
İstifadədən sonra flakonu kip bağlamaq lazımdır.
İstifadəsi:
OCULAPP antioksidant və nəmləndirici təsirə malik oftomaloji lyubrikant məhlul olub, aşağıdakı halların səbəb olduğu quru göz sindromu və gözdə olan diskomfort hissini aradan qaldırır.
Keratit kimi patalogiyaların səbəb olduğu gözdə qıcıqlanma, buynuz qişanın cərrahi əməliyyatlarından sonra müşahidə olunan əlavə təsirlər, travmatik xoralar, buynuz qişanın iltihabı.
İşığın təsirindən və ya göz səthində sərbəst radikalların artması nəticəsində oksidativ stress zamanı.
Rəylər (0)