İstifadəsinə göstərişləri:
Böyük depressiv hallar
Aqorafobiyalı və ya aqorafobiyasız panik pozğunluqlar
Sosial fobiyalar
Generalizəolunmuş həyacan pozğunluqları
Obsessiv-kompulsiv pozğunluqlar.
Əks göstərişləri:
Essitaloprama və ya köməkçi maddələrdən hər hansı birinə qarşı həssaslıq olan xəstələr üçün əks göstərişdir.
İstifadə qaydası və dozası:
Böyük depressiv halların müalicəsi
Gündə 1 dəfə 10 mq olaraq qəbul edilir. Fərdi xəstə reaksiyasına müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırıla bilər.
Aqorafobiyalı və ya aqorafobiyasız panik pozğunluqların müalicəsi
Gündəlik 10 mq-lıq dozaya keçmədən əvvəl ilk həftə gündə 5 mq-lıq başlanğıc doza tətbiq edilməlidir. Daha sonra doza xəstənin verdiyi fərdi cavaba müvafiq gündəlik doza maksimum 20 mq-a qədər artırıla bilər.
Doza həddinin aşılması:
Essitalopramın doza həddinin aşması barədə klinik məlumatlar məhduddur.
Əlavə təsirləri:
Çox tez-tez
Başgicəllənmə, başağrısı, ürəkbulanma.
Tez-tez burun tutulması, iştahın artması və ya azalması, narahatlıq, oyanıqlıq, yuxugörmənin pozulması, yuxuyagetmənin çətinləşməsi, yuxululuq, başgicəllənmə, əsnəmək, tremor, dəri qaşınması, paresteziya.
Rəylər (0)