İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Sprey yalnız burun keçidıərinə çiləmək üçün istifadə olunur. Əməliyyat zamanı hər burun keçidinə 1-2 çiləmə kifayətdir. Gündə çiləmənin sayı qəbul ediləcək şəxsin vəziyyətindən asılıdır. Adətən gündə 1-3 çiləmə kifayətdir.
XÜSUSİ GÖSTƏRİŞLƏR VƏ EHTİYAT TƏDBİRLƏRİ:
Tərkibindəki maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq olduqda istifadə etməyin. Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. Məhsul dərman vasitələrinə aid deyil.
NOSEMARİN - hipertonik burun spreyi məhlulu, steril hipertonik dəniz suyundan ibarət təbii məhsuldur. Təbii duzlar və dəniz mikroelementləri ilə zənginləşdirilmiş NOSEMARİN hipertonik burun spreyi, uşaqlar və böyüklər üçün burun keçidlərini təmizləmək və açmaq, o cümlədən soyuqdəymə, sinusit və əməliyyatdan sonrakı qulluq üçün tövsiyyə olunur. NOSEMARİN mikrodiffuz çiləmə sistemi və hipertonik sulu məhlulun mexaniki təsiri burun yollarının yuyulmasını asanlaşdırır. Burun təmizlənməsi proseduru selikli qişanı xarici mənfi amillərdən qoruyur və normal nəfəs alamnı təmin edir.
Rəylər (0)