İstifadəsinə göstərişlər:
Arterial hipertenziya.
Stabil stenokardiya və vazospastik stenokardiya həm monoterapiya, həm də digər antianginal vasitələrlə birlikdə.
Əks göstərişlər:
Amlodipinə və ya digər dihidropiridin törəmələrinə, həmçinin dərman vasitəsinin tərkibinə daxil olan köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
Ağır arterial hipotenziya.
Sol mədəciyin xaricedici traktının obstruksiyası.
Şok.
Miokard infarktından sonra hemodinamik olaraq qeyri stabil ürək çatışmazlığı.
18 yaşadək yaş dövrü.
İstifadə qaydası və dozası:
Daxilə, sutkada 1 dəfə, müəyyən miqdarda su ilə içilərək qəbul edilir.
Arterial hipertenziya, stenokardiya zamanı adətən başlanğıc doza 5 mq təşkil edir, terapevtik cavabdan asılı olaraq onu maksimal sutkalıq dozaya - 10 mq-a qədər artırmaq olar.
Doza həddinin aşılması:
Simptomları: reflektor taxikardiya və həddən artıq periferik vazodilatasiyanın yaranması ehtimalı ilə AT-nin aydın şəkildə aşağı düşməsi.
Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömürün təyini.
Əlavə təsirləri:
Ürək-damar sisteminə: tez-tez ürək döyüntüsünün hiss edilməsi, periferik ödemlər, üz dərisinə qanın dolması.
Dayaq-hərəkət aparatına: bəzən - artralgiya, topuqda ödem, əzələlərin qıcolması, mialgiya, beldə ağrı.
Sinir sisteminə: tez-tez başağrıları, başgicəllənmə, həddindən artıq yorğunluq, yuxululuq.
Həzm sisteminə: tez-tez ürəkbulanma, qarında ağrılar; bəzən - qusma, qəbizlik və ya diareya, meteorizm, dispepsiya.
Rəylər (0)