TƏSİRİ VƏ İSTİFADƏSİ:
NORMAVAG vaginal istifadə suppozitoriyalarının əsas təsiri onun tərkibinə daxil olan hialuron turşusu ilə bağlıdır. Mukopolisaxarid olan hialuron turşusu orqanizmin bir çox toxumalarının tərkibinə daxildir. Bu maddə toxumaların struktur komponentdir, onların tonusunu, trofikasını və elastikliyini təmin edir. Aparılmış çoxsaylı klinik tədqiqatlar təsdiq etmişdir ki, hialuron turşusu toxumalarda reepitelizasiya prosesini sürətləndirir və onların bərpasını təmin edir.
GÖSTƏRİŞLƏRİ:
Uşaqlıq yolu selikli qişasının atrofik və distrofik vəziyyətlərinin köməkçi terapiyası üçün istifadə olunur. Doğuşlarda, ginekoloji əməliyyatlardan sonra, uşaqlığın kimterapiyası və ya ionlaşdırıcı şüalanma nəticəsində meydana çıxan distrofik vəziyyətlərdə, uşaqlıq yolunun quruluğu zamanı sağalmanı sürətləndirir.
ƏKS GÖSTƏRİŞLƏR:
Vasitənin bir və ya bir neçə komponentinə qarşı fərdi yüksək həssaslıq.
İSTİFADƏ VAXTI VƏ MÜDDƏTİ:
Gün ərzində bir ədəd suppozitoriyanın axşam yatmazdan əvvəl, və ya həkim reseptinə müvafiq qaydada istifadəsi məqsədə uyğundur. İstifadə müddəti simptomlardan asılıdır. Ehtiyac olduğu təqdirdə NORMAVAG vaginal suppozitoriyalar uzun müddət ərzində istifadə oluna bilər.
SAXLANILMASI:
Tibbi vasitə kip bağlı qablaşmada, işıq və istiliyə məruz qalmayan, 40C-dən 250C-dək temperatur olan yerdə saxlanılmalıdır.
Rəylər (0)