İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- immunodefisit vəziyyət, tez-tez xəstələnmə halları, timomeqaliya;
- iştahsızlıq halları;
- yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyaları, infeksion xəstəliklər;
- uşaqlarda və böyüklərdə qrip və soyuqdəymə;
- uzun müddətli antibiotikoterapiya;
- vaksinasiya zamanı;
- allergik xəstəliklər;
- endokrin xəstəliklər;
- hamilələrdə infeksion xəstəliklər, cinsi yolla ötürülən infeksiyaların müalicə və profilaktikası zamanı;
- xroniki yorğunluq sindromu, əqli və fiziki yüklənmələr.
ƏKS GÖSTƏRİŞLƏR:
Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
1 yaşdan 3 yaşa qədər uşaqlara 1 ml gündə 1 dəfə təyin olunur.
3 yaşdan yuxarı uşaqlara və böyüklərə bədən, çəkisinin hər 5 kq-a 1 ml NorAmin İmuno təyin olunur. Kurs müalicə gündə 1 dəfə olmaq şərtilə 2-3 ay təşkil edir. Gündəlik dozan ən azı 3 gün müddətində 2 dəfə artırıla bilər.
ƏLAVƏ TƏSİRLƏRİ:
Aşkar olunmayıb.
SAXLANMA ŞƏRAİTİ:
Preparatı uşaqlar üçün əlçatmaz yerdə, 5C-dən 25C-dək olan temperaturda, nəmişlik və birbaşa düşən günəş şüalardan uzaqda saxlamaq lazımdır.
İSTEHSALÇI:
Serbia.
Rəylər (0)