İstifadəsinə göstərişlər:
Essensial hipertenziya.
Arterial hipertenziya və şəkərli diabet (II tip) xəstələrdə: mikroangiopatiya və ürək-damar xəstəliklərinin nəticəsində yaranmış makroangiopatiya riskini azaltmaq üçün.
Əks göstərişlər:
- Perindoprilə, AÇF-in istənilən digər inhibitoruna, indapamidə, sulfonamidlərdən birinə və ya NOLİPREL Argin-in istənilən komponentinə qarşı allergiyanız varsa.
- əgər arterial təzyiqi aşağı salmaq üçün aliskiren tərkibli dərman preparatı qəbul edirsinizsə və eyni zamanda şəkərli diabet və ya böyrəklərin funksiya pozulması probleminiz varsa;
- qaraciyərin ağır dərəcəli xəstəliyindən və ya qaraciyər ensefalopatiyasından əziyyət çəkirsinizsə;
- əgər siz dializ və ya başqa hemofiltrasiya prosedurları istifadə edirsiz;
- qanda kalium səviyyəsi aşağıdırsa;
- ürək çatışmazlığın müalicəsində istifadə olunan sakubitril/valsartan dərman vasitələri ilə birlikdə istifadə;
- 18 yaşa qədər uşaqlar;
-3 aydan çox hamiləsinizsə ;
- laktasiya dövründə.
İstifadfə qaydası və dozası:
Tövsiyə olunan doza - gündə 1 tablet. Sizde böyrək funksiyasının pozulması qeyd olunursa, həkim bu dozanı gündə 2 tabletə qədər artıra bilər və ya qəbul rejiminə dəyişikliklər edə bilər.
Əlavə təsirləri:
Digər dərman vasitələri kimi, hər xəstədə olmasa da, bu dərman vasitəsi əlavə təsirlər törədə bilər.
Doza həddinin aşılması:
Doza həddinin aşılması zamanı ən çox qeyd olunan əlamət arterial təzyiqin aşağı düşməsidir.
Təzyiq düşübsə uzanıb ayaqlarınızı qaldırın, bu, vəziyyətinizin yaxşılaşmasına kömək edə bilər.
Rəylər (0)