İstifadəsinə göstərişlər:
Yuxarı tənəffüs yollarının infeksion xəstəliklərinin simptomatik müalicəsi: zökəm, soyuqdəymə, qrip, rinitlər, faringit, sinusit, bronxit, laringit. Tənəffüs yollarının allergik xəstəlikləri: ot qızdırmasi, ilboyu alergik rinit, vazomotor rinit.
Əks göstərişlər:
Prostat vəzin hiperplaziyası, sidik ifrazının çətinləşməsi, qapalı bucaqlı qlaukoma, bronxial astmanın kəskinləşmə dövrü, preparatın komponentlərinə qarşı yüksək həssaslıq, hamiləliyin 1 trimestri, laktasiya dövrü, epilepsiya, 6 yaşdan aşağı uşaqlar, MAO inhibitorların ilə müalicə alan pasiyentlər, ağır qaraciyər və böyrək çatışmazlığı, sidik kisəsinin boynunun obstruksiyası, piloroduodenal obstruksiya.
İstifadə qaydası və dozası:
12 yaşdan yuxarı uşaqlar və böyüklər:
Gündə 3 dəfə 1-2 kapsul qəbul edin. Siz bir gündə maksimum 6 kapsul qəbul edə bilərsiniz, bu dozanı aşmayın.
6-12 yaş arası uşaqlar:
Gündə 3 dəfə 8 saatlıq intervalla 1 kapsul qəbul edin.
Rəylər (0)