İstifadəsinə göstərişlər:
Nivalin insultdan sonrakı ifliclərdə, uşaq serebral iflicində istifadə olunur. Miasteniya qravis, əzələ distirofiyası kimi xəstəliklərin müalicəsi üçün istifadə olunur.
Anesteziologiyada və cərrahiyədə Nivalin antidepolyarizəedici sinir əzələ blokatorları adlanan maddələrin təsirlərini aradan qaldırmaq üçün və nazik bağırsağın və sidik kisəsinin əməliyyat sonrası parezlərinin müalicəsi zamanı istifadə olunur.
Əks göstərişlər:
Aşağıdakı hallarda Nivalini istifadə etməyin.
- təsiredici maddə qalantaminə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya;
- bronxial astma;
- ürəyin işemik xəstəliyi və ya ağır ürək çatışmazlığı kimi xəstəliklərdə.
İstifadə qaydası və dozası:
Nivalin inyeksiya üçün məhlul dəri altına, əzələ daxilinə və ya vena daxilinə istifadə olunur.
Preparatın dozası hər pasiyent üçün fərdi olaraq, uşaqlar üçünsə bədən kütləsindən və uşağın yaşından asılı olaraq müəyyən edilir.
Doza həddinin aşılması:
Preparat ixtisaslaşmış tibb işçisi tərəfindən yeridildiyi üçün dərmanın doza həddinin aşılması az ehtimal olunur.
Əlavə təsirlər:
Tez-tez:
işdahın itməsi, qida qəbulundan imtina, əhvalın pisləşməsi, başgicəllənmə, başağrısı, termor, bayılmalar, yuxuyameyillilik, tormozlanma, nəbzin yavaşıması.
Bəzən:
orqanizmin susuzlaşması, dad bilmənin pozulması, paresteziyalar, dumanlı görmə, qulaqlarda küy, ürəkdöyünmə və ürək ritminin pozulması, qan təzyiqinin azalması, ürəkbulanma hissi.
Rəylər (0)