İstifadəsinə göstərişlər:
Nivalin periferik sinir sisteminin hərəki pozğunluqlarla bağlı xəstəliklərinin kompleks müalicəsində istifadə olunur.
Həmçinin poliomielitdən, mielitdən sonrakı ifliclərdə, spinal əzələ atrofiyasında istifadə olunur.
Əks göstərişlər:
- təsiredici maddə qalantaminə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya;
- əgər sizin nəbziniz yavaş vurursa və ya Sizdə ürək keçiriciliyinin pozğunluğu varsa.
İstifadə qaydası və dozası:
Müalicənin dozalanması və müddəti xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq həkim tərəfindən müəyyən edilir.
Nivalin inyeksiya üçün məhlul dəri altına, əzələ daxilinə və ya vena daxilinə istifadə olunur.
Doza həddinin aşılması:
Preparat ixtisaslaşmış tibb işçisi tərəfindən yeridildiyi üçün dərmanın doza həddinin aşılması az ehtimal olunur. Buna baxmayaraq, əgər Siz dərmanın təsirinin daha aydın ifadə olunduğunu düşünürsünüzsə, bu barədə həkimə məlumat verin.
Əlavə təsirlər:
Çox tez-tez: ürəkbulanma qusma.
Tez-tez: iştahın itməsi, qida qəbulundan imtina, hallusinasiyalar, əhvalın pisləşməsi, başgicəllənmə, başağrısı, termor, bayılmalar, yuxuyameyllik, tormozlanma, nəbzin yavaşıması, qan təzyiqinin yüksəlməsi, qarın nahiyəsində ağrı, diareya, dispepsiya.
Rəylər (0)