İstifadəsinə göstərişlər
Nitroqliserin stenokardiya tutmalarının aradan qaldırılması və profilaktikası üçün istifadə edilir.
Əks göstərişlər
Aşağıdakı hallarda Nitrominit aerazol preparatından istifadə etmək olmaz.
-nitroqliserinə və digər nitratlara və ya istənilən köməkçi maddəyə allergiya
-güclü hipotenziya
-sirkulyasiya olunan qanın həcminin azalması
-ürəyin orqanizmi oksigenlə zəngin qanla təhciz etmək qabiliyyətinə malik olmadığı vəziyyətlər
-hipertrofik obstruktiv kardiomiopatiya zamanı stenokardiya
-konstriktiv perikardit
-perikardın tamponadası
-aortal və ya mitral stenoz
-birincili ağciyər hipertenziyası
-güclü anemiya
-kəllədaxili təzyiqin mümkün ola bilən yüksəlməsi ilə müşaiyət olunan istənilən vəziyyət.
İstifadə qaydası və dozası
İlk dəfə istifadədən əvvəl dozalandırıcı klapanın işləyib-işləməməsini yoxlayın.
Aerazolu dilin altına püskürtməyi öyrənmək üçün kağız vərəqi üzərində məşq edin. Əgər aerazoldan kifayət qədər tez-tez istifadə etmək lazım deyilsə, dozalandırıcı klapanın funksiyasını yoxlamağı unutmayın .
İmkan daxilində aerazoldan oturmuş vəziyyətdə istifadə edin. İstifadədən əvvəl balonu çalxalamaq olmaz.
Aerazolun tənəffüs yollarına daxil olması üçün tənəffüsü dayandırın, sonra ağzınızı açın və dozalandırıcı klapanın düyməsini basıb buraxmaqla aerazolu dilinizin altına püskürdün.
Əlavə təsirləri
Tez-tez başgicəllənmə
-Yuxululu
-Ürək ritminin tezləşməsi
-Arterial təzyiqin azalması
-Zəiflik
-Ürək ritminin yavaşıması
-Qanın üzün dərisinə toplanması
-Damar çatışmazlığı
-Ürəkbulanma
-Qusma
-Narahatçılıq
-Beyinin oksigenlə təhcizatının zəifləməsi
-Gəyirmə
-Ağızdan pis qoxunun gəlməsi
-Tənəffüsün pozulması
-Dərman vasitəsinin təsirindən əmələ gələn səpgi.
Doza həddinin aşılması
Həddindən artıq püskürtmə etdikdə, bəzi mümkün ola bilən əlavə reaksiyalar adi dozaları qəbul etdikdə onların təzahür olunması ilə müqayisədə pisləşə bilər. Bu cür halda təcili olaraq müalicə həkiminizə müraciət edin.
Rəylər (0)