İstifadəsinə göstərişlər:
Nitazoksin oral suspenziya 1-11 yaşlı pasiyentlərdə Cryptosporidium parvum tərəfindən yaranan ishalın müalicəsində istifadə üçün nəzərdə tutulmuşdur.
Əks göstərişlər:
Nitazoksinə və ya preparatın digər hər hansı inqrediyentlərinə qarşı hiperhəssaslıq göstərən pasiyentlərdə Nitazoksin oral suspenziyanın istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası:
Nitazoksin oral suspenziya qida ilə birlikdə qəbul edilməlidir. Hazırlanması üçün nəzərdə tutulmuş suyun təqribən yarısını tozun üzərinə əlavə edin və möhkəm çalxalayın.
Doza həddinin aşılması:
Nitazoksanidin doza həddinin aşılması barədə məlumat yoxdur.
Əlavə təsirləri:
Həzm sistemi: ürəkbulanma, anoreksiya, köpmə, iştahın artması, böyümüş tüpürcək vəziləri.
Ümumi bədəndə: qızdırma, infeksiya, süstlük, asteniya, ağrı, allergik reaksiyalar.
Rəylər (0)