İstifadəsinə göstərişlər:
Dərman müəyyən səbəblərdən yaranan arterial hipertansiyon, xroniki miokard çatışmazlığı üçün təyin edilir, belə xəstələrin vəziyyəti bərabər dozalarda ayrı-ayrı tabletlərdə amlodipin və bisoprololun eyni vaxtda istifadəsi ilə kifayət qədər idarə oluna bilər.
Əks göstərişləri:
Bisoprololla əlaqəli:
- Kəskin ürək çatışmazlığı və ya daxili inotrop müalicənin aparılmasını tələb edən ürək çatışmazlığının dekompensasiya epizodları dövrü
- Kardiogen şok
- ll və lll dərəcəli atrioventikulyar blokada
- Sinus düyününün zəifliyi sindromu
- Sinoatrial blokada
- Simptomatik bradikardiya
- Simptomatik arterial hipotenziya
- Ağır bronxial asma
- Periferik arteriyaların ağır formalı okklyuziv xəstəliyi və ya Reyno sidnromunun ağır forması
- Müalicə olunmayan feoxromositoma
- Metabolik asidoz
Amlodipinlə əlaqəli:
- Ağır arterial hipotenziya
- Şok
- Sol mədəcikdən çıxış yollarının obstruksiyası
- Kəskin miokard infarktından sonra hemodinamik qeyri-stabil ürək çatışmazlığı
Niperten Kombi preparatı ilə əlaqəli:
- Bisoprolol, amlodipin, dihidropiridinin törəmələrinə və ya istənilən koməkçi maddələrə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Niperten kombi preparatının tövsiyə olunan dozası gündə bir tablet təşkil edir.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi tövsiyə olunmur.
Rəylər (0)