FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
Nikomir məhlulunun tərkibindəki komponentlər bakteriostatik, bakteriosid, antiseptik, antifunqal təsirə malik
olub, dəri səthində iltihabı proseslər nəticəsində yaranan civzə ( akne ) və sızanaqların müalicəsində istifadə
olunur.
Streptosid – sulfanilamid preparat olub, dəri səthinə və iltihab ocağında olan patogen miktofloraya bakteriosid
təsir göstərir.
Asetilsalisil turşusu – qeyri-steroid iltihab əleyhinə preparatdır. İltihab ocağında damar keçiriciliyini azaldır
mikrosirkulyasiyanı normallaşdırır və tsiklooksigeneza fermentini blokada etməklə iltihab mediatorlarının
sintezini tormozlayır.
GÖSTƏRİŞ:
Akne, civzə, yağlı seboreya, furunkul, rozasea, ziyil, piqment, akne və civzələrdən əmələ gələn ləkələr.
TƏTBİQİ:
12 yaşdan yuxarı uşaqlar və böyüklərdə yalnız yerli istifadə üçün nəzərdə tutulmuşdur.
İSTİFADƏ QAYDASI:
İstifadə etməzdən əvvəl çalxalanmalı.
Gündə 1-2 dəfə təmiz yuyulmuş dəriyə çəkilməli.
ƏKS GÖSTƏRİŞLƏR:
Məhlulun tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
Streptosid, salisil turşusu, asetilsalisil turşusu, gülümbahar covhəru, propolis.
Nikomir məhlulu öz unikal və təsir mexanizmi ilə fərqlənir. Bu, onun tərkibini digər ənənvi vasitələrdən fərqli
olaraq daha mükəmməl və geniş təsirli olması ilə əlaqədardır.
Nikomir məhlulu müxtəlif mənşəli dəri sizanaqları, civzələr ( akne ), furunkul, ləkə, yağlı dərilərin müalicəsində
istifadə edilən çox effektli vasitədir.
Rəylər (0)