İstifadəsinə göstərişlər:
Gövdə səviyyəsində zədələnmə üstünlük təşkil edən ağır dərəcəli kəllə-beyin travmasının kəskin dövrü.
Əks göstərişlər:
Preparata və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı məlum hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Neyrotilin preparatını kəskin vəziyyətlərdə sutkada 1 q əzələ daxilinə və ya vena daxilinə yeritmək lazımdır.
Doza həddinin aşılması:
Neyrotilin preparatının istifadəsi nəticəsində ürəkbulanma, narahatlıq, oyanıqlıq, yuxusuzluq meydana çıxa bilər və bu zaman, preparatın dozasını aşağı salmaq lazımdır.
Əlavə təsirləri:
Ürəkbulanma, arterial təzyiqin aşağı düşməsi, baş ağrısı, çox nadir hallarda abdominal ağrı və şüurun qısamüddətli dumanlanması meydana çıxa bilər.
Rəylər (0)