İstifadəsinə göstərişlər:
Sinir sisteminin müxtəlifmənşəli xəstəliklərinin və sindromlarının kompleks terapiyasının tərkibində patogenetik və simptomatik vasitə kimi:
- Polineyropatiya (o cümlədən, diabetik, alkoqol və s.);
- Nevrit və polinevrit, o cümlədən, retrobulbar nevrit;
- Periferik parezlər, o cümlədən, üz sinirinin;
- Nevralgiya, o cümlədən, üçlü və qabırğalararası sinirlərin nevralgiyası;
- Ağrı sindromu (kökçük, mialgiya, kəmərvari herpes)
- B1 və B6, eləcə də, B12 vitaminlərinin sübut olunmuş çatışmazlığı ilə əlaqədar sistem nevroloji xəstəliklər.
Əks göstərişlər:
- Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
- Dekompensə olunmuş ürək çatışmazlığı;
- Bədxassəli şişlər;
- Hamiləlik və laktasiya dövrü;
- 12 yaşa qədər uşaqlar;
İstifadə qaydası və dozası:
Preparat əzələdaxilinə, dərinə yeridilir. Ağır hallarda və kəskin ağrılar zamanı gündə 1 dəfə 2 ml; kəskinləşmə aradan qaldırıldıqdan sonra, eləcə də xəstəliyin yüngül formalarında həftədə 2-3 dəfə 2 ml təyin edilir.
Müalicənin müddəti xəstəliyin ağırlığından asılı olaraq müəyyən edilir.
Pediatriyada istifadəsi:
Uşaqlarda və yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi barədə kifayət qədər məlumat yoxdur. Preparat 12 yaşa qədər uşaqlara əks göstərişdir.
Rəylər (0)