Bir tərəfində qırma xətti olan dairəvi, ağ tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Neiropirid 100 mq aşkar edilmiş psixi xəstəliklərin ( depressiv pozğunluqlar ) müalicəsi və başgicəllənmələrin
aradan qaldırılması üçün bir vasitədir. Neuropirid 100 mq aşağıdakı hallarda istifadə olunur:
- Müxtəlif etiologiyalı depressiyalar;
- Böyüklrdə nevroz və narahatlıq halları;
- Menyer sindromu, periferik, pozisyonal, vestibulyar vertiqo ( başgicəllənməsi );
- Digər antidepressantlarla aparılan müalicə effektsiz olduğu hallarda.
ƏKS GÖSTƏRİŞLƏR:
Aşağıdakı hallarda Neuropirid 100 mq qəbul edilməməlidir:
- Tərkibində olan sulpiridə, digər benzamid törəmələrinə ( sulpiridin aid olduğu farmakoterapevtik qrup )
və ya köməkçi maddələrə qarşı hiperhəssaslıq;
- Həddən artıq oyanıqlıq ilə müşayiət olunan patoloji fiziki reaksiya;
- Baş beynin xəstəlikləri;
- Parkinson xətəliyi;
- Epilepsiya;
- Şişlər ( böyrəküstü vəzidə yaranan şişlər ( feoxromoitoma ));
- 18 yaşdan kiçik uşaqlar və gənclər;
- Hamiləlik və laktasiya dövrü.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Bu dərman vasitəsinin müalicə həkimi ilə məsləhətləşdikdən sonra qəbul etmək olar.
Doza fərdi olaraq pasiyentin yaşı, çəkisi və xəstəliyinin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin edilir.
Qeyd:
Yaşlı xəstələr böyüklər üçün göstərilən dozanın yarısını qəbul etməlidir.
Böyrək funksiyasının pozulmasından əziyyət çəkən xəstələr – böyrəklərin funskiyasının pozulma dərəcəsindən
asılı olaraq gün ərzində aşağı doza qəbul etməlidir.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması zamanı müalicə həkimi ilə məsləhətləşmək lazımdır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Çox tez-tez
|
10 müalicə olunan şəxs üzrə 1-dən çox insanda rast gəlinə bilər
|
Tez-tez
|
10 müalicə olunandan 1-də rast gəlinə bilər
|
Bəzən
|
100 müalicə olunandan 1-də rast gəlinə bilər
|
Nadir hallarda
|
1000 müalicə olunandan 1-də rast gəlinə bilər
|
Çox nadir hallarda
|
10000 müalicə olunandan 1-də rast gəlinə bilər
|
Məlum deyil
|
Mövcud məlumatlar əsasında tezlik dəyərləndirilməmişdir
|
Təsiredici maddə: sulpirid – 100 mq;
Köməkçi maddələr: qlükoza monohidrat, mikrokristallik sellüloza, poli ( O-karboksimetil ) nişasta natrium duzu,
maqnezium stearat, silisium dioksid.
Rəylər (0)