İstifadəsinə göstərişlər:
- Predmenstrual sindrom, o cümlədən menstrual öncəsi gərginlik və depressiya.
- Doğuş sonrası depressiya.
- Köməkçi reproduktiv texnoloqiyalar çərçivəsində qadınlarda lütein fazası zamanı yardımçı vasitə kimi.
Əks göstərişləri:
- Progesteron və ya preparatın hər hansı bir digər komponentinə qarşı yüksək həssaslıq;
- Səbəbi bilinməyən vaginal qanaxma;
- Aşkar edilmiş və ehtimal olunan progesterona həssas bədxassəli törəmələr;
- porfiriya;
- Kəskin qaraciyər çatışmazlığı və ya hər hansı qaraciyər xəstəlikləri;
- Hamiləliyin natamam pozulması və ya aşkar edilmiş uşaqlıqdankənar hamiləlik;
- Aktiv və ya yaxın zamanlarda keçirilmiş arterial və ya venoz tromboemboliya və ya kəkin tromboflebit.
İstifadə qaydası və dozası:
Predmenstrual sindrom və doğuş sonrası depressiya:
Tövsiyə olunan doza gündə iki dəfə 200-400 mq vaginal və ya rektal olaraq.
Predmenstural sindrom zamanı müalicə menstruasiya dövrünün 14-cü günündən menstruasiya başlayana qədər davam etdirilir.
Ovulyasiya simptomları olduqda müalicəyə menstruasiya dövrünün 12-ci günündən başlanılır.
Köməkçi reproduktiv texnoloqiyalar çərçivəsində lütein fazası:
Oositlərin toplanması zamanı, toplandığı gündən başlayaraq gündə 2 dəfə 400 mq, vaginal olaraq istifadə edilir.Təsdiqlənmiş hamiləlik zamanı NEUQES 38 gün ərzində istifadə edilir.
Xüsusi qrup xəstələrdə istifadəsi:
Qaraciyər və böyrək funksiyası çatışmazlığı olan xəstələrdə istifadəsinə dair məlumatlar yoxdur.
Uşaqlarda istifadəsi:
Uşaqlarda istifadə olunmur.
65 yaşdan yuxarı yaşlı xəstələrdə istifadəsi:
65 yaşdan yuxarı yaşlı xəstələrdə istifadəsinə dair klimik məlumatlar yoxdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik;
Neuqes pessariləri, yalnız hamiləliyin l trimesterində köməkçi reproduktiv texnoloqiyalar çərçivəsində istifadəsi göstərilmişdir.
Laktasiya;
Progesteron ana südünə keçdiyindən laktasiya dövründə istifadə olunmamalıdır.
Rəylər (0)