İstifadəsinə göstərişlər:
NESFLOKS örtüklü tabletlər böyüklərdə levofloksasinə həssas mikroorqanizmlərlə törədilmiş aşağıdakı infeksiyalarda göstərişdir:
- Kəskin haymorit
- Xronik bronxitin kəskinləşməsi
- Xəstəxanadankənar pnevmoniya
- Sidikçıxarıcı sistemin fəsadlaşmış infeksiyaları, o cümlədən pielonefrit
- Xronik bakterial prostatit
- Dərin və yumşaq toxumaların infeksiyaları.
Əks göstərişləri:
Levofloksasinə və ya xinolon qrupundan digər antibakterial vasitələrə, həmçinin tərkibinə daxil olan köməkçi maddələrə qarşı yüksək həssaslıq.
Epilepsiya.
Əvvəllər flüorxinolon qrupundan antibakterial vasitənin istifadəsi ilə əlaqəli olan vətər zədələnməsi.
Uşaqlarda və yeniyetmələrdə istifadə
Hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
NESFLOKS örtüklü tabletlər gündə 1 və ya 2 dəfə qəbul edilir.Doza infeksiyanın növündən, ağırlığından və ehtimal olunan patogenin həssaslığından asılı olaraq korreksiya olunur.Müalicə müddəti xəstəliyin gedişindən asılıdır.NESFLOKS örtüklü tabletlər daxilə çeynəmədən, kifayət qədər maye ilə qəbul edilir.Tabletlər qida qəbulundan 1 saat əvvəl və ya 2 saat sonra qəbul edilə bilər.
Rəylər (0)