İstifadəsinə göstərişlər:
Preparat böyüklərdə həyacanın müalicəsində təyin edilir.
Böyüklərdə və uşaqlarda atopik və kontakt dermatit və kəskin və xroniki övrə ilə bağlı qaşınma, o cümlədən, xolinergik və fiziki növləri.
Əks göstərişləri:
Hidroksizinə, setirrizinə və digər piperazin törəmələrinə, aminofillinə və etilendiaminə və ya köməkçi maddələrə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Preparatı ən minimal effektiv dozada və olduqca qısa müddət ərzində istifadə etmək lazımdır. Böyüklər və bədən çəkisi 40 kq-dan artıq uşaqlarda maksimal sutkalıq doza 100 mq-dır. Böyüklərə 25 mq 1 dəfə axşam, ehtiyac olarsa sutkada 3-4 dəfə təyin edilə bilər.
Doza həddinin aşılması:
Doza artıq olduqda yüksək sedativ effekt müşahidə olunur. Spesifik antidotu yoxdur. Mədənin yuyulması kimi köməkçi tədbirlərdən və simptomatik müalicə tədbirlərindən istifadə edilir.
Əlavə təsirləri:
Qan və limfa sistemində pozuntular: arqanulositoz, leykopeniya, hemolitik anemiya, trombositopeniya, anafilaksiya.
İmmun sistemin pozğunluqları: yüksək həssaslıq, anafilaktik şok.
Metabolizm və qidalanma pozuntuları: anoreksiya, porfiriya.
Sinir sistemi xəstəliklər: yuxululuq, başgicəllənmə, yuxusuzluq, termor, qıcolma, diskineziya.
Rəylər (0)