İstifadəsinə göstərişlər:
Müalicə zamanı şəxsi gigiyena qaydalarına əməl edilməli və xəstəliyin yaranmasına şərait yaradan hər hansı amillərə yol verilməməlidir.
Aybaşı zamanı müalicə dayandırılmalıdır. Klinik əlamətlərin olub-olmamasından asılı olmayaraq, cinsi partnyor da eyni zamanda müalicə edilməlidirlər.
Bakterial vulvovaginit, o cümlədən Trichomonas vaginalis səbəbli
Candida cinsindən olan maya göbələkləri tərəfindən törədilən vulvovaginit.
Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
1 vaginal tablet gündə 1 və ya 2 dəfə, ardıcıl 10 gün ərzində istifadə edilməlidir.
Daxil etməzdən əvvəl tableti 2-3 saniyə ərzində suya batıraraq isladın.
Təxminən 15 dəqiqə ərzində arxası üstə uzanmış vəziyyətə qalın.
Metranidazol ilə müalicə 10 gündən artıq təyin edilməməli və ildə 2-3 dəfədən artıq təkrar edilməməlidir.
Doza həddinin aşılması:
Neo-Terjinan vaginal tabletlərinin istifadəsi zamanı doza həddinin aşılması halları barədə məlumat verilməmişdir.
Əlavə təsirləri:
Yüngül mədə-bağırsaq pozuntuları: ürəkbulanma, ağızda metal dadı, anoreksiya, epiqastral nahiyədə spazmlar, iştahsızlıq, qusma, ishal.
Dəri və selikli qişa simptomları: allergiya, istilikbasmalar, ağızda quruluq hissi ilə müşaiyət olunan qlossit.
Nevroloji simptomlar: baş ağrısı, başgicəllənmə.
Rəylər (0)