İstifadəsinə göstərişlər:
Periferik sinir sisteminin xəstəlikləri, bulbar ifliclər və parezlər, hərəki pozuntularla müşayiət edilən MSS-in üzvi zədələnməsi zamanı bərpa dövrü, demielinizəedici xəstəliklərin kompleks terapiyası, müxtəlif mənşəli yaddaş pozuntuları, bağırsaq atoniyası.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.Epilepsiya, hiperkinezlə ekstrapiramidal pozulmalar, stenokardiya, ifadəolunmuş bradikardiya, bronxial astma, bağırsaq keçməzliyi və ya sidikçıxarıcı yolların obstruksiyası, vestibulyar pozuntular, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi kəskinləşmə dövründə.
Hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
Neyromidin 5 mq/ ml inyeksiya məhlulu əzələdaxili və dərialtı yeridilir. Doza və müalicənin müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq fərdi təyin edilir. Bəzən maksimal sutkalıq doza 200 mq-a çata bilər, müalicə kursu 1 aydan 1 ilə qədərdir.
Uşaqlarda və 18 yaşa qədər yeniyetmələrdə preparatın istifadəsinin təhlükəsizliyi sübut edilməmişdir.
Rəylər (0)