2,5 mq: ağ və ya demək olar ki, ağ rəngli yumru formalı hər iki tərəfi qabarıq tabletlər.
5 mq: ağ və ya demək olar ki ağ rəngli yumru formalı hər iki tərəfi qabarıq, birtərəfi xaçabənzər xətli tabletlər.
İSTİFADƏYƏ GÖSTƏRİŞ:
- Arterial hipertenziya;
- Ürəyin işemik xəstəliyi;
- Gərginlik stenokardiyası tutmalarının profilaktikası;
- Xroniki ürək çatışmazlığı ( kombinəedilmiş terapiyanın tərkibində ).
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Nebivörld tabletlərini yaxşı olardı ki, günün eyni vaxtında, qida qəbulundan asılı olmayaraq, kifayət qədər maye
qəbul etməklə gündə 1 dəfə daxilə qəbul edirlər. Nebivörld preparatı ilə müalicəyə başlandıqdan 4 həftə sonra
AT üzərində nəzarət kifayət deyilsə, preparatın dozasını 2 həftə ərzində 40 m qədər artırmaq olar. Nebivörld
monoterapiyada və ya AT aşağı salan digər vasitələrlə birgə istifadə etmək olar. Nebivörldlə terapiyanın
başlanmasından əvvəl 2 həftə ərzində müəyyən edilməlidir. Müalicənin əvvəlində dozanın seçimi 1 həftədən 2
həftəyə qədər interval gözləməklə və pasiyentin həmin dozanı mənimsənilməsinə əsaslanaraq həyata keçirmək
lazımdır: gündə 1 dəfə 1.25 mq nebivörld təşkil edən doza əvvəlcə gündə bir dəfə 2.5-5 mq, sonra isə gündə 1
dəfə olmaqla 10 mq qədər artırıla bilər.
Maksimal sutkalıq doza 10 mq təşkil edir.
Böyrək çatışmazlığı olan xəstələrdə, eləcə də 65 yaşlı pasiyentlərdə məsləhət görülən ilkin doza gündə 2.5 mq
təşkil edir. Lazım gəldikdə sutkalıq dozanı 10 mq qədər artırmaq olar.
ƏKS GÖSTƏRİŞLƏR:
- Nebivolola və ya preparatın komponentlərindən birinə yüksək həssaslıq;
- Ürək çatışmazlığı ( dekompensasiya mərhələsində );
- Nəzərə çarpan arterial hipotenziya ( sistolik AT 90 mm. C. S-dan daha az );
- Sinus düyününün zəifliyi sindromu, o cümlədən sinoaurikulyar blokada;
- Qaraciyər funskiyasının ağır pozuntuları;
- Bradikardiya ( ÜYT 60 v/d daha az );
- İ və İİ dərəcəli atrioventrikulyar blokada ( süni ritm aparıcısı olmadan );
- Feoxromositoma;
- Betabolik asidoz;
- Kardiogen şok;
- Anamnezdə bronxospazm və bronxial astma;
- Periferik damarların ağır obliterasiyaedici xəstəlikləri ( Reyno sindromu, aralıqlı aqsaqlıq );
- Miasteniya;
- Depressiya;
ƏLAVƏ TƏSİRLƏRİ:
- Sinir sistemi tərəfindən – çox vaxt – baş ağrısı, başgicəllənmə, yüksək yorğunluq, zəiflik, parestenziyalar; az
hallarda-depressiya, qorxulu yuxular, şüurda qarışıqlıq; çox nadir hallarda-ürəyi getmə, hallüsinasiyalar.
- Həzm sistemi tərəfindən-çox vaxt-ürəkbulanma, qəbizlik, diareya; az hallarda-dispepsiya, meteorizm,
qusma.
- Ürək-damar sistemi tərəfindən: nadir hallarda-bradikardiya, kəskin ürək çatışmazlığı, atrioventikulyar
blokada, ortostatik hipotenziya, Reyno sindromu.
- Digər: az hallarda-bronxospazm, nadir hallarda-gözlərdə quruluq.
DOZADAN ARTIQ İSTİFADƏ:
Simptomlar: AT aşağı düşməsi, ürəkbulanma, qusma, sianoz, sinus bradikardiyası, antrioventrikulyar blokada,
bronxospazm, huşun itməsi, kardiogen şok, koma, ürəyin dayanması.
Müalicəsi: mədənin yuyulması, aktivləşdirilmiş kömürün qəbulu. Ağır arterial hipotenizya, bradikardiya və ürək
çatışmazlığı halında, b-adrenostimulyatorların 2-5 dəqiqə intervallar venadaxili yeridilməsi tələb olunur. Müsbət
effekt olmadıqda, dofaminin, dobutaminin və ya norepinefrinin yeridilməsi məqsədəuyğundur.
Aktiv maddə: nebivolol ( Nebivolol hidroxlorid formasında ) 2,5 mq və ya 5 mq.
Köməkçi maddələr: laktoza monohidat, natrium kroskarmelloza, qarğıdalı kraxmalı, mikrokristallik sellüloza,
hipromelloza, susuz silisium kolloid dioksid, maqnezium stearat.
Rəylər (0)