İstifadəsinə göstərişlər:
Nebilet Plus tərkibində nebivolol və hidroxlortiazidin olduğu kombinə olunmuş preparatdır və arterial hipertoniyanın (yüksək arterial təzyiqin müalicəsi üçün istifadə edilir. Nebilet Plus preparatı daha əvvəl nebivololu və hidroxlortiazidi ayrı-ayrı preparatlar şəklində və eyni zamanda qəbul etmiş pasiyentlərə təyin edilir.
Əks göstərişlər:
Aşağıdakı hallarda Nebilet Plus preparatını qəbul etmek olmaz:
- Əgər Sizdə nebivolola, hidroxlortiazidə və ya bu dərman preparatının tərkibindəki digər komponentlərdən hər hansı birinə (6-cı bölmədə sadalanmışdır) qarşı allergiya vardırsa.
- Çox yavaş ürəkdöyünmə (dəqiqədə 60 vurğudan az).
- Yaxın zamanlarda yaranmış vəya şiddətlənmiş ürək çatışmazlığı, kəskin ürək çatışmazlığı fonunda damar çatışmazlığının vena daxilinə yeridilən və ürəyin fəaliyyətini yaxşılaşdıran preparatlarla müalicəsi.
- Arterial təzyiqin aşağı olması.
- Əllərin və ya ayaqların damarlarında qan dövranının nəzərəçarpan dərəcədə pozulması.
- Böyrək funksiyalarının ağır dərəcəli pozulması, sidik ifrazının tamamilə dayanması (anuriya)
- Astma və ya tənəffüsün çətinləşməsi (hazırda və ya əvvəllər).
- Qaraciyər funksiyasının pozulması.
- Sidik turşusunun səviyyəsinin yüksəlməsi və podaqranın simptomları.
İstifadə qaydası və dozası:
Preparat gündə bir tablet, mümkünsə, hər gün eyni vaxtda qəbul edilir.
Nebilet Plus preparatını yeməkdən əvvəl, yemək vaxtı və yeməkdən sonra qəbul etmək mümkündür.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə preparatı qəbul etməzdən əvvəl həkiminiz və ya əczaçınızla məsləhətləşin
Rəylər (0)