İstifadəsinə göstərişlər:
- Böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda mövsümi və bütün ilboyu davam edən allergik rinitin müalicəsi.
- Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda orta və ağır gedişli allergik rinitin profilaktik müalicəsi.
- Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda ağır bakterial infeksiyanın əlamətləri olmadıqda kəskin rinosinusit simptomlarının müalicəsi.
- Nazal poliplərin və bununla əlaqədar burun tutulması və iybilmənin zəifləməsi daxil olmaqla, simptomların 18 yaşdan yuxarı xəstələrdə müalicəsi.
Əks göstərişlər: Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Böyüklərə və 12 yaşdan etibarən yeniyetmələrə preparatın tövsiyə olunan profilaktik və terapevtik dozası hər burun keçəcəyinə gündə 1 dəfə 2 peskertmə ( hər birinə 50 mkq) (ümumi gündəlik doza- 200 mkq) təşkil edir.
2-11 yaşlı uşaqlar üçün məsləhət görülən müalicəvi doza - gündə 1 dəfə hər burun dəliyinə 1 püskürtmə.
Rəylər (0)