FARMOKOLOJİ XÜSUSİYYƏTLƏRİ:
NAVİTAE PLUS göz damcısı gözdəki quruluğu və narahatlıq hissini aradan qaldıran antioksidant və nəmləndirici təsirə malik yumşaldıcı məhluldur. Gözdəki quruluğa və narahatlıq hissinə aşağıdakılar səbəb ola bilər:
- göz qıcıqlanması: keratit, buynuz qişası üzərində aparılan əməliyyatlardan sonrakı əlavə təsirlər zamanı, travmatik xoralar və buynuz qişasının iltihabı;
- işığın və ya sərbəst radikalların göz səthində artamsı səbəbilə oksidləşdirici stress;
- kontakt linzalardan istifadə.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- məhsuldan istifadə etməzdən əvvəl əllərinizi yaxşıca yuyun və qurulayın;
- məhsulun qablaşdırılmasının bütöv vəziyyətdə olduğundan əmin olun;
- flakonu açmaq üçün onun qapağını tamamilə burun və təhlükəsizlik nişanını çıxarın;
- gündə 3-6 dəfə olmaqla hər gözə 1 və ya 2 damcı tökün. gündəlik doza həkim tərəfindən də təyin edilə bilər;
- məhsuldan istifadə etdikdən sonra flakonun qapağını bərk bağlayın.
Rəylər (0)