İstifadəsinə göstərişlər:
Böyüklər, uşaqlar, körpələr və yenidoğulmuşlarda birincili və ikincili karnitin çatışmazlığı. Hemodializ xəstələrində ikincili karnitin çatışmazlığı.
Uzunmüddətli hemodializ xəstələrində aşağıdakı əlamətlər meydana çıxırsa karnitin çatışmazlığından şübhələnmək lazımdır.
1. Dializ zamanı ağır və davamlı əzələ qıcolmaları və ya hipotenziv epizodlar.
2. Həyat keyfiyyətinə nəzərəçarpacaq dərəcədə mənfi təsir göstərən ümumi enerji çatışmazlığı.
3. Skelet əzələlərinin zəifliyi və ya miopatiya.
4. Kardiomiopatiya.
5. Müalicəsi böyük dozalarda eritroppetin tələb edən və ya hətta buna belə rezistent olan anemiya və uremiya.
6. Qidalanmanın pozulması nəticəsində əzələ kütləsinin azalması.
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
İNYEKSİYA MƏHLULU: VENADAXİLİ VƏ YA ƏZƏLƏDAXİLİ TƏYİN ÜÇÜNDÜR.
Böyüklər, uşaqlar, körpələr və yenidoğulmuşlar:
Preparat azı 2-3 dəq ərzində, tədricən yeridilməlidir. Müvafiq müalicə aparmaq üçün sidik və plazmada sərbəst və asilləşmiş karnitini yoxlamaq məqsədə uyğundur.
Rəylər (0)