İstifadəsinə göstərişlər:
İlboyu davam edən allergik rinit
Əks göstərişlər:
Nazafleks burun sipreyinin tərkib hissələrindən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlər.
Burunun selikli qişasının müalicə olunmamış lokal infeksiyası olan pasiyentlər.
Kortikosteroidlərin yaraların sağalmasına inhibə edici təsirini nəzərə alaraq, yaxın zamanda burun əməliyyatı keçirmiş və ya xəsarət almış şəxslərin yara sağalana qədər intranazal kortik osteroidlərdən istifadə etmələri tövsiyə olunur.
Hamiləlik və laktasiya dövrü.
6 yaş və daha kiçik uşaqlar.
İstifadə qaydası və dozası:
Böyüklər, 12 yaş və daha böyük uşaqlar: Tövsiyə edilən gündəlik doza gündə 2 dəfə hər burun dəliyinə bir dəfə püskürtməkdir.
Doza həddinin aşılması:
Böyüklərdə intranazal burun sipreylərinin istifadəsi zamanı doza həddinin kəskin aşılmasının klinik əhəmiyyətli əlavə təsirlərə səbəb olma ehtimalları azdır.
Əlavə təsirləri:
Nadir hallarda burunun iltihablaşmış selikli qişasının müvəqqəti qıcıqlanması ilə birlikdə yanğı hissi, qaşınma, asqırma və burun qanaxması kimi simptomlar müşahidə oluna bilər.
Çox zaman sipreyin istifadəsindən sonra konkret maddə üçün spesifik olan acı dad əmələ gələ bilər ki, bu da ayrı-ayrı hallarda ürəkbulanmaya səbəb ola bilər.
Rəylər (0)