İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- dayaq-hərəkət aparatının xəstəlikləri; podaqrik artrit, yumşaq toxumaların revmatik zədələnməsi;
- zəid və mötədilifadəli ağrı sindromu: nevralgiya, ossalgiya, mialgiya, lümboişialgiya, dartılma və əzilmələr;
- qulağın, boğazın, burunun aydın ifadə olunan ağrı sindromu ilə müşayiət olunan infeksion-iltihabi xəstəliklərin kompleks müalicəsinin tərkibində;
- soyuqdəymə və infeksion xəstəlikləri zamanı qızdırma sindromu.
ƏKS GÖSTƏRİŞLƏR:
- naproksenə və ya naproksen natriuma qarşı yüksək həssaslıq; anamnezdə asetilsalisil turşusunun və ya digər QSİƏP istifadəsindən sonra bronxoobstruksiya tutmaları, rinit, övrə;
- aortokoronar şuntlamadan sonrakı dövr;
- mədənin və 12-barmaq bağırsağın selikli qişasının eroziya xoralı dəyişiklikləri, aktiv madə-bağırsaq qanaxması;
- bağırsağın kəskinləşmə fazasında olan iltihabi xəstəlikləri;
- serebrovaskulyar qanaxma və ya digər qanaxmalar və hemostazın pozğunluqları;
- hamiləlik və laktasiya dövrü;
- bu preparat 15 yaşdan aşağı olan uşaqlara tövsiyə edilmir.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Həkimin göstərişlərinə ciddi əməl edin. Həkimlə məsləhətləşmədən müalicəni dayandırmamalı və ya dozalanmanı dəyişdirməməlisiniz.
Tövsiyə olunan müalicə sxemi.
Ağrıları azaltmaq üçün istifadə olunan adi gündəlik doza 1-2 tablet təşkil edir. Çox güclü ağrılarda 3 tabletə qədər yüksəldə bilər.
Miqren tutmaların qarşısını almaq üçün gündə 2 dəfə 1 tablet qəbul etmək tövsiyə olunur. Menstrual ağrı və spazmları, genikoloji ağrılar, 1 tabletdən ibarət başlanğıc dozada, sonra isə hər 6-8 saatdan bir 1/2 tablet təyin edilməsi tövsiyə olunur.
Kəskin podaqra tutması zamanı başlanğıc doza 1 1/2 tablet təşkil edir, sonra 8 saatdan sonra 1 tablet, sonra isə tutma kəsilənə qədər hər 8 saatdan bir 1/2 tablet.
ƏLAVƏ TƏSİRLƏRİ:
- həzm sistemində;
- mərkəzi sinir sistemində;
- dəri örtüklərində;
- hiss orqanlarında;
- ürək-damar sistemində;
- sidik cinsiyyət sistemində;
- qanyaradıcı orqanlarda;
- tənəffüs sistemində;
- allergik reaksiyalarda.
DOZA HƏDDİNİN AŞILMASI:
Preparatın doza həddinin aşılması yuxuyameyillik, dispeptik pozğunluqlarda, zəiflikdə, qulaqlarda səs, əsəbilik, qanlı qusma, şüurun pozulması, qıcolmalar və böyrək çatışmazlığı.
SAXLANMA ŞƏRAİTİ:
250C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İSTEHSALÇI:
KRKA, d.d., Novo mesto, Sloveniya.
Rəylər (0)