İstifadəsinə göstərişlər:
- MUPİRON krem bakterial dəri infeksiyaları zamanı, həmçinin dərinin iltihabi xəstəlikləri zamanı istifadə olunur.
Əks göstərişlər:
- MUPİRON kremin təsiredici maddəsinə və ya tərkibindəki hər hansı digər komponentə qarşı yüksək həssaslıq (allergiya),
- MUPİRON kremin istifadəsi zamanı yerli allergik reaksiyalar (qaşınma, səpgi, şişkinlik) müşahidə olunarsa müalicə dayandırılmalı və bu barədə həkimə məlumat verilməlidir.
İstifadə qaydası və dozası:
Az miqdarda təmiz pambıq və ya tənzif vasitəsilə krem zədələnmiş nahiyənin üzərinə çəkilir.İşlənmiş nahiyə təmiz sarğı ilə örtülə bilər.MUPİRON kremin istifadəsindən öncə və sonra əlləri yaxşıca yuyun.
Fərqli yaş qrupları.
Uşaqlar:
1 yaşa qədər uşaqlarda istifadəsinə dair məlumatlar olmadığı üçün istifadəsi tövsiyə olunmur!
1 yaşdan uşaqlarda istifadəsi üşün dozanın korreksiyası tələb olunmur.
Yaşlılar:
Böyrəklərin orta və ya kəskin funksional pozğunluğu yoxdursa xüsusi dozanın korreksiyası tələb olunmur.
Xüsusi qrup xəstələr:
Böyrək/Qaraciyər çatışmazlığı
Orta və ya kəskin funksional pozğunluğu yoxdursa xüsusi dozanın korreksiyası tələb olunmur.
Əlavə təsirləri:
Şişkinlik və qaşınma,bəzən üzdə və ağızda nəfəsalmanın çətinləşməsinə səbəb olan şişkinliklər,Kollaps (qan təzyiqinin düşməsi ilə əlaqədar olaraq ürək əzələlərinin yığılması və ürək döyüntülərinin sayının artması) və ya şüurun itməsi ,dəridə allergik reaksiyalar (qızartı ,qaşınma ,qançil, tətbiq olunan yerdə - yanma hissi), əllər, ovucların içi , ayaq barmaqlarıda daxil olmaqla generalizə olunmuş səpgilər, qurd eşənəyi, sistem allergik reaksiyalar (anafilaksiya,yayılmış səpgi,övrə və angioödem daxil olmaqla).
Doza həddinin aşılması:
Doza həddinin aşılması haqqında məlumat azdır.Doza həddinin aşılması zamanı xüsusi bir müalicə yoxdur.Dəstəkləyici müalicə aparılır və ehtiyac olduqda xəstəyə müvafiq nəzarət edilə bilər.
Rəylər (0)