İstifadəsinə göstərişlər:
Multizan D3 örtüklü tabletlər aşağıdakı hallarda göstərişdir:
-D vitamini çatışmazlığının və ya defisitinin profilkatikası və müalicəsi
-Raxit və raxitəbənzər xəstəliklər
-D vitaminin sorulmasının pozulması
-Osteoporozun kompleks müalicəsi
-Osteomalyasiya
-Metabolik osteopatiyalar
-Sınıqlar zamanı sümüklərin bərpasını sürətləndirmək məqsədilə
-Hipokalsemik tetaniya
Əks göstərişlər:
D vitamininə və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq
D hipervitaminozu
Hiperfosfatemiya ilə böyrək osteodistrofiyası
Hiperkalsiemiya və ya hiperkalsiuriya
Böyrəkdaşı xəstəliyi
Ağır böyrək çatışmazlığı
12 yaşa qədər uşaqlar
Hamiləlik dövrü
Sarkoidoz
İstifadə qaydası və dozası:
D vitamini defisitinin müalicəsi: 8 həftə müddətində, Multizan D3 1 tabletdən həftədə 1 dəfə, sonra dəstəkləyici müalicəyə keçirilməlidir.
12-18 yaş arası yeniyetmələrdə D vitamini defisitin və ya çatışmazlığın müalicəsi: 800 BV/günə dozada qəbul edilir. Müalicə yalnız həkim nəzarəti altında aparılır.
Rəylər (0)