Göstərişləri:
Tənəffüs yollarının özü və ya pışqanlı bəlğəmlə müşayiət olunan kəskin və xroniki xəstəliklərinin müalicəsində bəlğəmgətirici vasitə kimi istifadə olunur.
Əks göstərişlər:
Əgər sizdə bromheksinə və ya ambroksola qarşı yüksək həssaslıq varsa.
Əgər sizdə böyrək/qaraciyər xəstəliyi və ya peptik xora varsa bu preparatı ehtiyatla istifadə edin.
İstifadə qaydası və dozası:
Kifayət qədər maye ilə daxilə qəbul edilir.
Böyüklərdə: müalicənin ilk 2-3 günü ərzində gündə 3 dəfə 1 tablet, sonra 8-10 gün ərzində gündə 2 tablet qəbul etmək lazımdır.
Həkiminiz sizin mukolin ilə nə qədər müddət ərzində müalicə almalı olduğunuz barədə sizə məlumat verəcəkdir.
Uşaqlarda: 5-12 yaşlı uşaqlarda-gündə 2-3 dəfə 1/2 tablet
Yaşlılarda: yaşlı pasiyentlərdə istifadəsi üçün xüsusi hal yoxdur.
Rəylər (0)