Mukolin şərbət 30 mq şüşə flakonda içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
İstifadəsinə göstərişlər:
Kəskin və xroniki bronxit, bronxoektaziya, xroniki pnevmoniya, bronxial astma, traxeobronxit, kəskin və xroniki sinusit, kəskin faringit, kəskin tonzillit, xroniki laringit, rinit, cərrahi əməliyyatdan öncə bronxial ağacı sanasiya etmək, əməliyyatdan sonra bronxlarda qatı bəlğəmin yığılmasının qarşısını almaq məqsədilə, vərəm, respirator distres-sindrom, silikozlar və digər pnevmokoniozlar, ağciyər mikozu.
Əks göstərişlər:
Hamiləliyin I trimestrində qəbulu məsləhət deyil. Preparat ambroksola, bromheksinə və onların metabolitlərinə yüksəlmiş həssalığı olan şəxslərə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Uşaqlara:
2 yaşa qədər- 1/4 ölçü qaşığı gündə 2 dəfə,
2-5 yaşa -1/4 ölçü qaşığı gündə 3 dəfə,
5-12 yaşa - 1/2 ölçü qaşığı gündə 2-3 dəfə təyin olunur.
Müalicənin başlanğıcında dozalar artırıla bilər.
12 yaşdan böyük uşaqlara və böyüklərə:
İlk 2-3 günü 1 ölçü qaşığından (5 ml) gündə 3 dəfə, sonra 1 ölçü qaşığından (5 ml) gündə 2 dəfə təyin olunur.
Doza həddinin aşılması:
Zəhərlənmə halı qeydə alınmamışdır. Artıq dozada qəbul olunarsa mədəni yumaq lazımdır. Spesifik antidotu yoxdur. Simptomatik müalicə aparılır.
Saxlanma şəraiti
25°C-dən aşağı temperaturda, qutuda olmaq şərtilə uşaqların əli çatmayan yerdə, saxlanmalıdır.
Aptekdən buraxılma şərti:
Həkim reseptilə buraxılır.
Təsiredici maddə: Hər 5 ml (1ölçü qaşığı) şərbətin tərkibində 30 mq ambroksol - hidroxlorid vardır.
Köməkçi maddələr: Şəkər, qliserin, metilparaben, propilparaben, çiyələk essensiyası.
Rəylər (0)