İstifadəsinə göstərişlər :
- Kəskin sinusit.
- Xroniki bronxitin kəskinləşməsi.
- Xəsxəxanadan kənar pnevmoniya.
- Dərinin və yumşaq toxumaların ağırlaşmış və ağırlaşmamış infeksiyalarə.
- Ağırlaşmış intraabdominal infeksiyalar, polimikrob infeksiyalar daxil olmaqla (abses yaradıcı infeksiyalar kimi).
- kiçik çanaq üzvlərinin ağırlaşmış iltihabi xəstəlikləri (o cümlədən salpingit və endometrit).
Əks göstərişlər :
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
- Hamiləlik.
- Laktasiya.
- 18 yaşa qədər uşaqlar.
- Anadangəlmə QT intervalının uzanması.
- Anamnezində flüorxinolonlarla müalicə zamanı yaranan vətər xəstəliyi olan pasiyentlər.
İstifadə qaydası və dozası : Preparat daxilə qəbul edilir.
Tövsiyə edilən doza : gündə 1 dəfə 400 mq.
Müalicə müddəti infeksiyanın ağırlığından və klinik effektdən asılıdır.
- Kəskin sinusit - 7 gün.
- Xroniki bronxitin kəskinləşməsi - 5 gün.
- Xəstəxanadan kənar pnevmoniyada preparatla pilləkənvari müalicənin müddəti - 7-14 gün.
- Dərinin və yumşaq toxumaların infeksiyaalrı - 7-21 gün.
- Polimikrob infeksiyalar daxil olmaqla, ağırlaşmış intraabdominal infeksiyalar - 5-14 gün.
- Kiçik çanaq üzvlərinin ağırlaşmamış iltihabi xəstəlikləri (o cümlədən salpingit və endometrit)- 14 gün.
Rəylər (0)