İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Mədənin boşalmasının ləngiməsi, mədə- qida borusu reflüksü ( qastro-ezofagel reflüks ), ezofagit bağlı dispeptik simptomların ( epiqastral nahiyədə həddən artıq dolma hissi, qarında köp, qarının yuxarı hissəsində ağrı, gəyirmə, meteorizm, ürəkbulanma, qusma, yanğı hissi və requrgitasiya ) kompleksi:
- Şüa, dərman müalicəsi və ya pəhriz pozulmasından yaranan, funksional, üzvi, infeksion mənşəli ürəkbulanma və qusma:
- Parkinson xəstəliyində istifadə olunan dofamin aqonistlərinin ( levodopa və bromokriptin kimi ) səbəb olduğu ürəkbulanma və qusma:
- Uşaqlarda requrgitasiya sindromu, tsiklik qusma, mədə-qida borusu reflüksü və digər mədə motorika pozulmaları.
ƏKS GÖSTƏRİŞLƏR:
- Preparatın komponentlərinə qarşı yüksək həssaslıq
- Hipofizin prolaktin-sekresiyaedici şişi ( prolaktinoma )
- Mədə-bağırsaq qanaxması
- Mədənin hərəkət funksiyasının stimulyasiyası təhlükəsi ola biləcək mexaniki keçməzlik və ya perforasiya
- Qaraciyər funksiyalarının ağır və orta dərəcəli pozulmaları
- Ürək ritminin və keçiriciliyinin pozulmaları, o cümlədən QT intervalının uzanması, elektrolit balansının pozulması, durğun ürək çatışmazlığı
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Hamilə qadınlarda domperidonun istifadəsi barədə məhdud qeydiyyatdan sonrakı məlumatlar vardır.Heyvanlara yeridilən 160mq\kq\sutka dozada domperidon teratogen təsir göstərməmişdir.Digər dərman preparatları kimi Motiles hamiləliyin birinci trimestrində təyini, onun istifadəsinin gözlənilən terapevtik effektlə təsdiq olunduqda edilməlidir.Domperidon ana südünə keçir: əmizdirilən körpələr ananın çəkisi üzrə korrektə edilmiş dozanın 0.1% az hissəsini alırıar.Preparatın ana südündə təsirindən sonra arzuolunmaz təsirlərin yaranması, xüsusilə ürəkdə baş verən təsirlər istisna edilə bilməz.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Daxilə qəbul üçün suspenziya.
İstifadə etməmişdən qabaq suspenziyalı flakonu çalxalamaq lazımdır.Suspenziyanı dozaya ayırmaq üçün 5ml, 10ml, 15ml şkala ilə göstərilən ölçü stəkanında istifadə edilir.Preparatı ürəkbulanma və qusmaya nəzarət üçün tələb olunan maksimal qısa müddət ərzində minimal effektiv dozada qəbul etmək lazımdır.
Motiles preparatını yeməkdən qabaq qəbul etmək tələb olunur.Yeməkdən sonra qəbul etdikdə absorbsiyası zəifləyir.Xəstələrə preparatı planlaşdırılmış vaxtda qəbul etmək məsləhət görülür.Planlaşdırılmış dozanın qəbulunu ötürdükdə növbəti dozanı plana əsasən qəbul etmək lazımdır.Ötürülmüş dozanı kompensasiya etmək üçün dozanı artırmaq lazım deyil.Bir qayda olaraq müalicənin maksimal müddəti 1 həftədən artıq olmur.
12 yaşdan yuxarı uşaqlar və böyüklər
Xroniki dispepsiya zamanı gündə 3 dəfə 10 ml suspenziya yeməkdən 15-30 dəqiqə əvvəl, lazım olduqda yatmazdan qabaq qəbul olunur.
Ürəkbulanma və qusma zamanı gündə 3-4 dəfə 10-20 ml suspenziya dozada yeməkdən əvvəl və yatmazdan qabaq qəbul olunur.
12 yaşadək uşaqlar
Xroniki dispepsiya zamanı gündə 3 dəfə hər 10 kq çəkiyə 205ml suspenziya dozada yeməkdən 15-30 dəqiqə əvvəl, lazım olduqda yatmazdan qabaq qəbul olunur.
Ürəkbulanma və qusma zamanı gündə 3-4 dəfə hər 10kq çəkiyə 5ml suspenziya dozada yeməkdən əvvəl və yatmazdan qabaq qəbul olunur.
Pediatriyada istifadəsi
Preparat bədən çəkisi 10 kq-dan yuxarı olan uşaqlarda pediatrik praktikada istifadə edilir.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları: həddən artıq həyəcanlanma, süstlük, qıcolma dezorientasiya və xüsusilə uşaqlarda və körpələrdə ekstrapiramidal reaksiyalar.
Müalicəsi: simptomatik, xüsusi antidot yoxdur.Mədənin yuyulması, aktiv kömürün qəbulu və əsaslı şəkildə müşahidə.Parkinson əleyhinə, antixolinergik preparatlar ekstrapiramidal reaksiylaranının meydana gəlməsi zamanı effektiv ola bilər.QT intervalının mümkün ola biləcək uzanması ilə əlaqədar elektrokardioqrammaya nəzarət tələb olunur.
SAXLANMA ŞƏRAİTİ:
25 C-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İSTEHSALÇI:
Türkiyə.
Rəylər (0)