İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Montel astmanın müalicəsi və allergik rinitin profilaktikası üçün təyin olunur.
ƏKS GÖSTƏRİŞLƏR:
Monteluksata, yaxud bu preparatın hər hansı bir komponentinə qarşı allergiya.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Astması olan uşaqlar üçün 1-5 yaşlı uşaqlarda:
- Montel 4 mq pediatrik oral qranulunu uşağa gündə bir dəfə axşam verin siz bu preparatı qidalanma vaxtından asılı olmayaraq verə bilərsiniz;
- siz uşağa Montel preparatını həkiminiz yazdığı müddətdə, hətta astma simptomları olmadığı zaman belə, verməlisiniz;
- əgər uşaqda astma əlamətləri kəskinləşərsə, yaxud astma tutmasının müalicəsi üçün inhalyasion yolla istifadə edilən təcili dərmanlara ehtiyac olduqda, dərhal həkiminizlə məsləhətləşin.
MÜMKÜN OLAN ƏLAVƏ TƏSİRLƏR:
- qan və limfa patologiyası;
- immun sistemi patologiyası;
- psixiatrik patologiyalar;
- kardioloji patologiyalar;
- dəri və dərialtı toxumaların patologiyası.
DOZA HƏDDİNİN AŞILMASI:
Əgər siz lazım olandan çox Montel qəbul etməyinizlə bağlı narahatsınızsa, o zaman dərhal həkiminizlə, yaxud əczaçı ilə əlaqə saxlayın.
Rəylər (0)