İstifadəsinə göstərişlər:
Profilaktik və uzunmüddətli ürəyin işemik xəstəliyi: sabit stenokardiya, postinfarkt stenokardiya, variantlı stenokardiya.
Əks göstərişlər:
- üzvi nitratlara və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq:
- qan dövranının kəskin pozulmaları (şok, damar kollapası)
- kardiogen şok, əgər, sol mədəcikdə aortadaxili kontrpulyasiya yolu ilə və ya müsbət ionotrop təsir göstərən vasitələrin nəticəsində yüksək son diastolik təzyiq kifayət qədər təmin edilmirsə:
- nəzərəçarpan arterial hipotenziya (sistolik arterial təzyiq < 90 mm c.süt.,):
- uşaqlar (effektivliyi və təhlükəsizliyi müəyyən olunmayıb):
- riosiquatla eyni vaxtda istifadəsi:
İstifadə qaydası və dozası:
Tabletlər daxilə yeməkdən sonra qəbul olunmalıdır.Tablet bütöv şəkildə bir qədər maye ilə udulmalıdır.
Preparatın dozası və qəbuledilmə tezliyi xəstəliyin ağırlığından asılı olaraq fərdi təyin edilir.
Ən aşağı dozadan başlamaq lazımdır, müalicə zamanı lazım olduqda doza artırıla bilər.
İstifadə gündə 1-3 dəfə 10-20 mq dozalarla başlanır.Klinik effektin ifadəliyindən asılı olaraq dozanı 3-4 gündən başlayaraq 20-40mq-a qədər (gündə 2dəfə) artırmaq mümkündür, tolerantlığın inkişafının qarşısının alınması baxımından, ikinci tablet 8 saatdan sonra qəbul olunmalıdır.Lazım gələrsə, doza 60mq\gün-ə(20 mq-lıq tabletlər üçün)qədər və 80mq\gün-ə qədər(40 mq-lıq tabletlər üçün)artırıla bilər.Maksimal sutkalıq doza 80 mq təşkil edir.
Tez-tez gecələr tutan variant stenokardiya zamanı dərmanı səhər və yatmadan dərhal əvvəl qəbul etmək məsləhətdir.
Rəylər (0)