İstifadəsinə göstərişlər:
-Kəskin sinusit;
-Xroniki bronxitin kəskinləşməsi;
-Xəstəxanadankənar pnevmoniya;
-Dərinin və yumşaq toxumaların ağırlaşmış və ağırlaşmamış infeksiyaları;
-Ağırlaşmış intraabdominal infeksiyalar, polimikrob infeksiyalar daxil olmaqla (absess törədən infeksiyalar kimi);
-Kiçik çanaq üzvlərinin ağırlaşmamış iltihabi xəstəlikləri (o cümlədən salpingit və endometrit).
Əks göstərişlər:
-Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
-Hamiləlik;
-Laktasiya;
-18 yaşa qədər uşaqlar;
İstifadə qaydası və dozası:
Preparat daxilə qəbul edilir (örtüklü tabletlər) və ya infuziya şəklində venadaxili yeridilir (infuziya üçün məhlul).
Tövsiyə edilən doza-gündə 1 dəfə 400 mq.
Müalicə müddəti infeksiyanın ağırlığından və klinik effektdən asılıdır.
Müalicə müddəti:
-Kəskin sinusit zamanı-10 gün;
-Xroniki bronxitin kəskinləşməsi zamanı-5 gün;
-Xəstəxanadankənar pnevmoniyada 7-14 gün (müalicə infuziya ilə başlanıb, tabletlə davam etdirilir);
-Dərinin və yumşaq toxumalarının ağırlaşmış infeksiyaları 7-21 gün (müalicə infuziya ilə başlanıb, tabletlə davam etdirilir);
-Ağırlaşmış intraabdominal infeksiyalar, polimikrob infeksiyalar daxil olmaqla 5-14 gün (müalicə infuziya ilə başlanıb, tabletlə davam etdirilir);
-Kiçik çanaq üzvlərinin ağırlaşmamış iltihabi xəstəlikləri (o cümlədən salpingit və endometrit) - 14 gün.
-Yaşlı xəstələrə, qaraciyər və böyrək funksiyalarının cüzi pozulmaları olan, xəstələrə, həmçinin fasiləsiz hemodializdə və uzunmüddətli ambulator peritoneal dializdə olan xəstələrə dozalanma rejiminin korreksiyası tələb olunmur.
Rəylər (0)