İstifadəsinə göstərişlər:
Mokast böyüklərdə və 15 yaşdan yuxarı pediatrik xəstələrdə astma xəstəliyinin profilaktikası və xroniki müalicəsi üçün göstərişdir.
Mokast 15 yaş və yuxarı xəstələrdə fiziki gərginlik zamanı yaranan bronxospazmın qarşısını almaq üçün göstərişdir.
Əks göstərişlər:
Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrindən hər hansı birinə, yaxud loratadinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Astma və ya astma ilə yanaşı gedən mövsümi allergik rinitli xəstələrdə gündə 10 mq dozada axşam təyin olunur.
Ümumi tövsiyələr: astma nəzarət parametrlərinə Mokast-ın müalicəvi təsiri 1 gün ərzində başlanır. Mokast qida qəbulundan asılı olmadan istifadə olunur.
Doza həddinin aşılması:
Montelukastla doza həddinin aşılmasının müalicəsi haqqında xüsusi məlumat yoxdur.
Əlavə təsirləri:
Sinir sisteminin pozulmaları: baş ağrısı
Mədə-bağırsaq pozulmaları: abdominal ağrı.
Çox geniş yayılmış: yuxarı tənəffüs sisteminin infeksiyaları.
Qan və limfatik sistem pozulmaları
Nadir: qanaxma meyilliliyin artması.
Rəylər (0)