İstifadəsinə göstərişlər:
Depressiv vəziyyətlər, həmçinin:
- Angedoniya
- Psixomotor tormozlanma
- Yuxusuzluq
- Bədən kütləsinin azalması
- İntihara meyillilik
- Həyata marağın itməsi
- Əhval-ruhiyyə dəyişkənliyi.
Əks göstərişlər:
Mirtazapinə və ya preparatın tərkibindəki hər hansı komponentə qarşı yüksək həssaslıq.
Laktozaya qarşı dözümsüzlük, laktoza çatışmazlığı və qlükoza-qalaktoza malabsorbsiyası kimi nadir irsi problemləri olan xəstələrdə istifadə olunmamalıdır.
18 yaşa qədər uşaqlarda mirtazapinin effektivliyi və təhlükəsizliyi müəyyən olunmadığından, preparatın uşaqlarda istifadəsi məsləhət görülmür.
İstifadə qaydası və dozası:
Tabletlər çeynənmədən, maye ilə daxilə qəbul edilir.
Böyüklər: effektli gündəlik doza 15 mq-la 45 mq arasında dəyişir, başlanğıc doza 15 mq və ya 30 mq təşkil edir.
Qocalar: Məsləhət görülən doza böyüklərdə istifadə olunan doza ilə eynidir. Yaşlı xəstələrdə qənaətbəxş və təhlükəsiz müalicə nəticələri əldə etmək üçün dozanın yüksəldilməsi yalnız həkim nəzarəti altında aparılmalıdır.
Qaraciyər və böyrək çatışmazlığı olan xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Böyrək çatışmazlığı olan xəstələrdə mitazapinin klirensi azala bilər, belə xəstələrdə istifadə zamanı bu xüsusiyyəti nəzərə almaq lazımdır. Preparat gendə 1 dəfə, təxminən eyni vaxtda, axşam yatmazdan əvvəl qəbul olunur.
Rəylər (0)